4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

DSMF pensiya və təqaüd kartını itirənlərə müraciət etdi

“Pensiya, təqaüd, müavinət, ünvanlı sosial yardımlarını “Kapital Bank”ın plastik kartları vasitəsilə alan vətəndaşların diqqətinə çatdırırıq ki, kartları itibsə və ya yararsız hala düşübsə, həmin bankın müvafiq ərazi üzrə filiallarına müraciət etməklə yeni kart əldə edə bilərlər”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.

“Beynəlxaq Bankın plastik kartları vasitəsilə bu ödənişləri alan vətəndaşlara isə bunun üçün əvvəllər olduğu kimi, Dövlət Sosial Müdafiə Fondunun müvafiq ərazi üzrə filiallarına müraciət etmələri tövsiyə olunur”, – o bildirib.

Mənbə:Report.az
Son xəbərlər
Oxşar xəbərlər