Azərbaycanda pensiya yaşının artırılması və ya azaldılması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O bildirib ki, 2026-cı ildə aparılacaq hüquqi islahatlarda pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil.
Qeyd edək ki, 2026-cı il iyulun 1-dən qadınların pensiya yaşı 65 olacaq. Bununla da Azərbaycanda kişilər və qadınların pensiya yaşı bərabərləşəcək.






