Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) publik hüquqi şəxsə çevrildiyi 2020-ci ilin (ilk) maliyyə hesabatını açıqlayıb.
Banker.az xəbər verir ki, Fond ili 37 806 635 manat mənfəətlə başa vurub. Fondun Məcburi Dövlət Sığorta haqları 3 565 343 874 manat, əhaliyə ödənişlərlə bağlı xərclər (pensiya və müavinətlər) 4 586 953924 manat təşkil edib.
2021-ci il yanvarın 1-nə DSMF-nin aktivləri 2 719 659 622 manat olub ki, bu da illik müqayisədə 66% çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 50% artaraq 32 237 008 manata, balans kapitalı isə 66 % artaraq 2 687 422 614 milyon manata çatıb.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun nizamnamə kapitalı 5 milyon manatdır.