11 C
Baku
Monday, November 25, 2024

DSMF sədri: 5 ildə indeksləşmə nəticəsində pensiyaların sığorta hissəsi 70, kapital hissəsi 40 faiz artıb

“Son 5 il ildə indeksləşdirilmə nəticəsində pensiyaların sığorta hissəsi 70 faiz, kapital hissəsi isə 40 faiz həcmində artıb”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov pensiyaların indeksləşdirilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, aparılan islahatlar nəticəsində pensiyaların orta aylıq məbləği 423 manata, yaşa görə pensiyaların orta məbləği isə 456 manata çatıb.

Orta pensiyanın məbləği ötən illə müqayisədə 14 faiz, 5 il öncə ilə müqayisədə isə 2 dəfəyə yaxın artıb.

Son xəbərlər
Digər xəbərlər