2022-ci ilin yanvar-may aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 7% və ya 159 mln. manat çox olmaqla 2 mlrd. 300 mln. manat təşkil edib.
Bu barədə Banker.az-a DSMF-dən məlumat verilib.
Məlumata görə, fondun xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 5% və ya 108 mln. manat artaraq 2 mlrd. 179 mln. manat olub. Yanvar-may aylarında sosial sığorta daxilolmalarında da 10% və ya 157 mln. manat artım baş verib.