Dövlət Sosial Müdafiə Fondu 2022-ci ilin dekabr ayında fərdi uçot sistemində qeydə alınmış sığortaolunanların sayını açıqlayıb.
Fonddan Banker.az-a verilən məlumata görə ötən ilin dekabrında fərdi uçot sistemində qeydə alınmış sığortaolunanların sayı 26.1 min nəfər və ya 0.54% artıb.
Bununla da 2023-cü ilin 1 yanvar tarixinə uçota alınmış sığortaolunanların sayı 4.88 mln. nəfər təşkil edib.