8 C
Baku
Monday, December 23, 2024

DSMF və İSF-nin sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsindən əldə olunan gəlirlər mənfəət vergisindən azad ediləcək

Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsindən əldə olunan gəlirlər mənfəət vergisindən azad ediləcək.

Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihədə investisiya fəaliyyətindən əldə etdiyi gəlirlərinin sosial xərclərinin maliyyələşdirilməsinə yönəldiyi nəzərə alınaraq, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxslərin sosial müdafiə və sosial təminat xərclərinin, habelə sosial islahatların və sosial infrastrukturun maliyyələşdirilməsinə yönəldilən investisiya fəaliyyətindən əldə olunan gəlirlərinin mənfəət vergisindən azad edilməsi təklif edilir.

Qeyd edək ki, dövlət başçısının 2023-cü il 17 aprel tarixli 2105 nömrəli Fərmanı ilə “Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası” və 2107 nömrəli Fərmanı “İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası” təsdiq edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər