14 C
Baku
Friday, May 24, 2024

DTX: Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunan cinayət işi üzrə aparılmış araşdırmalar zamanı xarici ölkə vətəndaşı, 1994-cü il təvəllüdlü Ghaedi Mohammad Najaf oğlu tərəfindən Azərbaycan Respublikası ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bu barədə DTX-dan bildirilib.

Belə ki, toplanılmış çoxsaylı sübutlar əsasında Ghaedi Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olmuşdur.

Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə araşdırmalar davam edir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər