10 C
Baku
Friday, January 9, 2026

DTX Naxçıvanda xarici ölkəyə casusluq edən silahlı şəxsi saxlayıb

Dövlətə xəyanət etməkdə şübhəli bilinən şəxs DTX tərəfindən saxlanılıb

● Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü Fərzəliyev Siyafət Heydər oğlunun dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranlb

● Araşdırmalarla müəyyən edilib ki, Naxçıvan sakini Siyafət Fərzəliyev xarici ölkə ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib

● Ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasında Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi və digər strateji əhəmiyyətli obyektlərin videoçəkilişlərini apararaq xarici xüsusi xidmət orqanının nümayəndələrinə təqdim edib.

● Şəxsin yaşadığı mənzilə baxış keçirilərkən oradan “Kalaşnikov” tipli avtomat silahının ayrı-ayrı hissələri aşkarlanaraq götürülüb

Son xəbərlər
Digər xəbərlər