34 C
Baku
Friday, July 12, 2024

DTX-nin saxladığı gömrük generallarının həbs müddəti uzadılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan gömrük generalları – Ehtiram Xəlilov və Məsum Rəsulovun həbs müddətləri uzadılıb.

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov və əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov barəsində istintaq orqanı tərəfindən verilmiş təqdimata Səail Rayon Məhkəməsində baxılıb.

Ehtiram Xəlilovun həbs müddəti daha 3 ay uzadılaraq 10 yanvar 2022-ci il, Məsum Rəsulovun həbs müddəti isə daha 4 ay uzadılaraq 10 fevral 2022-ci ilə qədər həbsdə saxlanılmasına qərar verilib.

Qeyd edək ki, Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Onun 200 mindən çox rüşvət aldığı bildirilir. M.Rəsulov barəsində isə vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub. Həmçinin Məsum Rəsulovun, gömrükdə müsadirə edilmiş külli miqdarda siqaretin orduya çatdırılmalı olduğu halda təyinatı üzrə çatdırılmamasına əsaslı şübhələr müəyyən edilib.

Ehtiram Xəlilov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma), Məsum Rəsulov isə 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə məsuliyyətə cəlb olunub.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər