16 C
Baku
Thursday, October 30, 2025

DTX-nın saxladığı icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində Baləkən rayonun icra başçısı İslam Rzayevin saxlanıldığı bildirilir.

Banker.azsaxlanılan icra başçısı haqqında bəzi məlumatları təqdim edir:

İslam Rzayev 1965-ci ildə Azərbaycan Respublikasının Göyçay rayonunda anadan olmuşdur. 1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayonu Maliyyə idarəsində böyük iqtisadçı kimi başlamış, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləmişdir.

“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis vəzifəsində çalışmış, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləmişdir.

Ailəlidir, 3 övladı var.

İslam Rzayev 18 may 2011-ci ildən Balakən rayon İcra Hakimiyyətinin başçısıdır. YAP-ın üzvüdür.

Son xəbərlər
Digər xəbərlər