14 C
Baku
Saturday, April 27, 2024

DTX-nin saxladığı nazir müavinin işə çıxması ilə bağlı Nazirlikdən açıqlama

Xəbər verdiyimiz kimi, nazirin birinci müavini Elnur Əliyevin iş başında olması haqda xəbər yayımlanıb.

Banker.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova “Qafqazinfo”nun sorğusuna cavab olaraq nazir müavininin iş başında olduğunu nə təsdiq, nə təkzib edə bilib:“Nazir müavini niyə işdə olmamalıdır ki?.. Bir dövlət qurumunun digər dövlət qurumunda qanunvericilik və səlahiyyətləri çərçivəsində əməliyyat aparmağa hüquqi ixtiyarı var. Burada qeyri-adi heç nə yoxdur. Bununla bağlı heç bir rəsmi açıqlama verilməyibsə, nazir müavininin işdə olmamasına da bir səbəb görmürəm. İşinin başında olmalı hər kəs işinin başındadır”.

Faktla bağlı istintaq davam etdirilir.

Xatırladaq ki, 1979-cu il təvəllüdlü E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.

Saxlanılma xəbərləri ilə yanaşı, nazir müavininin şəxsi həyatı ilə bağlı da yerli mediada bəzi qalmaqallı məlumatlar yayılıb.

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər