2 C
Baku
Saturday, December 14, 2024

“Dubay EXPO 2023” Sərgisində Azərbaycanı təmsil edən yeganə şirkət!

®12 – 14 dekabr 2023-cü il tarixlərində Dubayda keçirilən “Orqanik və Təbii Məhsullar” Sərgisində Azərbaycanı yalnızca “SAB” (Zəhmət-Ruzi MMC) şirkəti təmsil etmişdir. Ən müasir texnoloji avadanlıqlara, laboratoriyalara, istehsal sexlərinə, anbarlara, daşınma sistemlərinə, habelə 300-dən çox yüksək ixtisaslı işçi heyətinə, ən əsası 25 illik təcrübəyə sahib olan, o cümlədən Azərbaycanın qida sektorunda hər zaman öz birinciliyini qoruyan, halal məhsulları ilə əvəzolunmaz dada çevrilən “SAB” beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmişdir. Orqanik və Təbii Məhsullar Sərgisi Yaxın Şərqdə öz sahəsində ən böyük və ən əhatəli sərgidir. Üç gün davam edən yarmarkada 50 fərqli ölkədən yüzlərlə qida şirkətləri təmsil olunmuşdur. Ələlxüsus da qeyd etməliyik ki, dünyanın dörd bir yanından gələn sərgi iştirakçıları və qonaqlar “SAB”ın halal məhsullarından dadaraq çox dadlı və nəfis olduğunu dilə gətirmişlər.

Məlumat üçün bildiririk ki, hər il təşkil edilən Dubai EXPO Orqanik və Təbii Məhsullar bütün dünyanı sağlam və təbii qida mövzusunda tək bir mərkəzdə toplamağı bacaran dünyanın ən böyük sərgilərindən biridir. Strateji yerləşməsinə görə bu dünyanın hər bir qitəsindən sənaye liderlərini bir araya gətirən və çoxlu sayda iştirakçı və ziyarətçi cəlb edən aparıcı yarmarkalardan biridir. Qida ilə bağlı bütün mövzulara ev sahibliyi edən yarmarka brendləşməyə və qlobal məlumatlılığa yol açır.

Hər il Yaxın Şərq, Avropa və Asiya ölkələrindən orqanik və təbii məhsulların istehsalçı və distribütorlarının iştirakı ilə keçirilən sərgi Azərbaycanı təmsil edən şirkətimiz üçün mühüm potensial yaratmışdır. Belə ki, BƏƏ, Səudiyyə Ərəbistanı, Hindistan, Misir, Küveyt, Bəhreyn, İordaniya, Qətər, İran və Mərakeş kimi peşəkarların ziyarət etdiyi Orqanik və Təbii Məhsullar Sərgisində iştirakçı şirkətimiz B2B görüşlər keçirmiş və ixtisaslı əməkdaşlıqlar qurmuşdur. Bundan əlavə, sektorun inkişafına töhfə vermək məqsədilə “SAB” şirkətinin nümayəndələri tərəfindən sərgi çərçivəsində bir çox panel və konfranslar keçirilmiş, yeni texnologiyalar, habelə beynəlxalq standartlara uyğun halal məhsul çeşidləri haqqında məlumatlar paylaşılmışdır.

de75985b b009 4504 b089 bb85182b1e8e bfcc8c84 2720 4ee6 82c3 4e5625ccf03a

Son xəbərlər
Digər xəbərlər