19 C
Baku
Thursday, May 22, 2025

Dubay oyunçu vizalarını işə salır

Dubay geymer və ya oyunçu vizalarını işə salır. Söhbət 2033-cü il oyun sektorunun (DPG 2033) genişmiqyaslı inkişaf proqramının bir hissəsi olan 10 illik “qızıl vizalardan” gedir. İştirak şərtləri aşağıdakı kimidir:

  • Yaş həddi 25-dən yuxarı.
  • Oyun sənayesində təcrübə.
  • Sənədlərin şəxsi qaydada təqdim edilməsi.

Tələb olunan sənədlərin siyahısına portfel, müşayiət məktubu və təsdiqedici sertifikatlar daxildir. Həm oyunçuların özləri, həm də oyun məzmunu yaradanlar (şirkətlərin top-menecerləri, dizaynerlər, proqramçılar və s.) belə vizalara müraciət edə biləcəklər.

Məlumata görə, oyunçu vizasına müraciət etmək üçün dubaigaming.gov.ae saytında sorğu yaratmaq, növbəti mərhələdə isə “Dubai Culture” tərəfindən namizədliyin təsdiqini almaq lazımdır.

Son xəbərlər
Digər xəbərlər