20 C
Baku
Monday, April 21, 2025

Dubay şokoladına yüksək tələbat püstə qıtlığına səbəb olub

“Financial Times” (FT) yazır ki, Dubay şokoladının populyarlığının sürətlə artması qlobal püstə qıtlığına səbəb olub. Belə ki, püstənin qiyməti bir ildə 7,65 dollardan 10,3 dollara (0,45 kq) yüksəlib.

Dubay şokoladı – içi püstəli südlü şokolad növüdür. Onun istehsalına ilk dəfə 2021-ci ildə BƏƏ-nin “FIX” şirkəti başlayıb. Dubay şokoladı 2023-cü ilin dekabrında “TikTok”da bir videonun 120 milyon baxış toplamasından sonra populyarlıq qazanıb.

2024-cü ilin oktyabrından 2025-ci ilin martına qədər dünyanın ikinci ən böyük püstə istehsalçısı olan İran bütövlükdə əvvəlki 12 ay ilə müqayisədə BƏƏ-yə 40% çox qoz-fındıq ixrac edib. İran Püstə İstehsalçıları Assosiasiyası yerli şirkətlərin çatışmazlıqlar yaşamağa başladığını təsdiqləyib.

“FT” qeyd edir ki, Dubay şokoladına yüksək tələbat səbəbindən İngiltərədəki bəzi mağazalar bir nəfərin ala biləcəyi şokolad sayını məhdudlaşdırır. Britaniyalı şokolad istehsalçısı “Prestat Group” bildirib ki, şirkətin kifayət qədər Dubay şokoladı istehsal etmək üçün resursları yoxdur.

Son xəbərlər
Digər xəbərlər