1 C
Baku
Saturday, December 14, 2024

Dubay Şopping Festivalı Expressbank-la sərfəlidir

Daim yenilikləri ilə sevindirən Expressbank bu dəfə Visa kart sahibləri üçün əlavə fürsətlər yaradır. Artıq Expressbank-ın istənilən Visa növlü kart sahibləri Visa Explore proqramında qeydiyyatdan keçərək kartla ödəniş zamanı Dubay Şoppinq Festivalı ərzində məişət texnikası, zərgərlik və digər dükanlarda  eksklüziv təkliflər əldə edəcəklər! Bu hələ son deyil! Üstəlik JumeirahTM otelləri şəbəkəsində Expressbank-ın Visa kartları ilə ödəniş zamanı qazanacağınız 25% endirimlə festival ziyarətiniz daha sərfəli olacaq.

 

Aksiya 26 dekabr 2017-ci il tarixindən 27 yanvar 2018-ci ilədək keçərlidir. Xüsusi şərtlər və daha ətraflı məlumat əldə etmək üçün müştərilər www.vi.sa/dsf  saytını ziyarət edə bilərlər.

 

Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron kartlarını 6 AZN, Visa Classic kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə  Visa Gold, 800 AZN ilkin mədaxil ilə isə Visa Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS-terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər