27 C
Baku
Saturday, July 27, 2024

Dubay xarici banklara vergi tətbiq edəcək

BƏƏ-nin Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun internet saytında verilən məlumata görə, əmirlik xarici banklara illik 20% vergi tətbiq edəcək, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

BƏƏ-də korporativ vergi ötən il iyunun 1-dən tətbiq edilib. Faiz 9% təşkil edir. O həm rezidentlər, həm qeyri-rezidentlər, həm hüquqi, həm də fiziki şəxslər tərəfindən ödənilir. İstisna dövlət qurumları, mədən müəssisələri, dini və mədəniyyət qurumlarıdır.

Banklar üçün 20% vergi haqqında qanun qəbul edildiyi ildən sonrakı vergi ilində qüvvəyə minəcək.

Qanun Dubay Beynəlxalq Maliyyə Mərkəzində (DIFC) fəaliyyət göstərmək üçün lisenziya almış xarici banklar istisna olmaqla, Dubayda fəaliyyət göstərən bütün xarici banklara, o cümlədən xüsusi inkişaf və azad zonalara şamil ediləcək.

Qanunun pozulmasına görə 500 min dirhəmdən çox olmayan məbləğdə cərimə tətbiq oluna bilər. İki il ərzində təkrar pozuntulara yol verildikdə, cərimə ikiqat artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər