8 C
Baku
Sunday, December 22, 2024

Dubayda 2026-cı ildə uçan taksilər istifadəyə veriləcək

2026-cı ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində uçan taksilər istifadəyə veriləcək.

Bu barədə Dubayın nəqliyyat və avtomobil yolları idarəsinin (RTA) nəqliyyat texnologiyaları departamentinin direktoru Xalid Əl Avadi məlumat verib.

“2026-cı ilin birinci rübündə uçan taksi xidmətini işə salmaq planımız var. Hazırda ABŞ-ın “Joby Aviation” kompaniyası ilə avtomobilin sınaqları və sertifikatlaşdırılması üzərində işləyirik. Eyni zamanda, Böyük Britaniyanın “Skyports” kompaniyası ilə birlikdə “şaquli liman” stansiyasının layihələndirilməsinə başlayırıq”, – deyə o bildirib.

Məmurun sözlərinə görə, Dubayda taksilər üçün “dörd şaquli” hava limanının tikintisi planlaşdırılır. Onlardan ikisi 2026-cı ilin əvvəlində istifadəyə veriləcək. Hava taksiləri üçün infrastruktur obyektləri ilə yanaşı, monitorinq və mühafizə xidməti də qurulacaq.

“General Motors” kompaniyası ilə birgə hazırlanan pilotsuz taksilərə gəlincə, onlar Dubayda 2025-ci ildə fəaliyyətə başlayacaq. Hazırda pilotsuz taksilər sınaq mərhələsindədir.

“2035-ci ilədək Dubayda bütün taksilərinin elektrikli olması planlaşdırılır. 2050-ci ilədək isə bütün avtobus parkı da elektriklə işləyən avtobuslardan ibarət olacaq”, – deyə Xalid Əl Avadi əlavə edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər