Beynəlxalq Hava Limanları Şurasının mətbuat xidməti BƏƏ rəsmiləri tərəfindən Dubayda tikiləcək dünyanın ən böyük hava limanı olan “Dubai World Central”ın dizaynını paylaşıb.
Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nəhəng layihənin dəyəri 33 milyard dollardır.
Tikinti işlərinin 2030-cu ilə qədər başa çatdırılması gözlənilən Əl-Maktum Beynəlxalq Hava Limanında logistika mərkəzi, dəbdəbəli qolf meydançası, 3 milyon kvadratmetrlik sərgi sahəsinə malik ticarət görüş mərkəzi, yaşayış sahəsinin olması planlaşdırılır.