Dubayda dünyanın ən hündür hoteli açılacaq. Məlumata görə, hotel “Ciel Dubai Marina” adlanacaq. Hündürlüyü 377 metr olan, 82 mərtəbəli “Ciel Dubai Marina” Dubayda yerləşən əvvəlki rekordçu – 356 metrlik, 75 mərtəbəli “Gevora Hotel”i geridə qoyacaq.
Binanın konsepsiyasını memarlıq bürosu NORR hazırlayıb və onu “iynə ucu” formasında dizayn etməyi təklif edib. Tikinti “Dubai Marina” bölgəsində aparılır. Ümumilikdə binada 1004 otaq olacaq, onlardan “Palm Jumeirah” adalarına və Fars körfəzinə mənzərə açılacaq.

76-cı mərtəbədə dünyanın ən hündür sonsuz hovuzu, sonrakı mərtəbədə isə şəhərə panoramik mənzərə təqdim edən launc-terras yerləşəcək.
Hotelin sahibi Böyük Britaniyanın IHG şirkətidir. Müəssisə premium hotellər şəbəkəsi olan “Vignette Collection”a daxildir.











