11 C
Baku
Thursday, December 18, 2025

Dubayda dünyanın ən hündür hoteli açılıb — Video

Dubaydakı “Ciel Dubai Marina” hoteli Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmi olaraq dünyanın ən hündür oteli kimi tanınıb. Hotelin hündürlüyü 377 metrdir.

“Dubai Marina” rayonunun üzərində ucalan göydələn 1004 otaqdan ibarətdir. Layihə “The First Group” adlı inkişaf şirkəti tərəfindən həyata keçirilib.

Htel “Dubai Marina” sahil zolağına birbaşa çıxış imkanı yaradır və qonaqlara restoranlara, çimərliklərə və əsas görməli yerlərə, o cümlədən Palma Cümeyra adasına və dünyanın ən hündür attraksion çarxı olan “Ain Dubai”yə çatmağa imkan verir.

Dünyanın ən hündür hoteli “Ciel Dubai Marina” 15 noyabrda Dubayda açılıb. 82 mərtəbəli bina eyni zamanda bir neçə rekord müəyyənləşdirib: 76-cı mərtəbədə dünyanın ən hündür “sonsuzluq” hovuzu yerləşir, 81-ci mərtəbədə ən hündür gecə klubu, binanın damında isə Palma Cümeyra və Bürc əl-Ərəb mənzərəsini əhatə edən panoramik baxış meydançası var.

Son xəbərlər
Digər xəbərlər