17 C
Baku
Wednesday, November 19, 2025

Dubayda hava taksisi sınaqdan keçirilib

Dubayda elektrik mühərrikli şaquli qalxma və eniş (eVTOL) hava taksisi sınaq uçuşunu uğurla başa vurub.

Pilotla yanaşı, dörd sərnişin daşıya bilən bu nəqliyyat vasitəsinin sürəti saatda 320 km-ə çatır.

Batareya ona 160 km-ə qədər məsafəni qət etməyə imkan verir.

Ekoloji cəhətdən təmiz və səssiz hava taksisinin 2026-cı ildən müntəzəm sərnişin daşımalarına başlaması planlaşdırılır. Hazırda ilk hava taksi stansiyasının tikintisi 60% tamamlanıb. Stansiya illik 170 min sərnişin və 42 min enişə xidmət göstərəcək.

Şəhərin müxtəlif hissələrində əlavə üç eniş meydançası tikilir. İlkin mərhələdə Dubay daxilində dörd əsas marşrut nəzərdə tutulur, gələcəkdə isə digər əmirliklər və regional şəhərlərlə birləşdirilməsi planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər