Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinin daşınmaz əmlak bazarı, xarici investorlar və ekspatların hesabına sürətli artım mərhələsindən sonra geriləməyə başlayıb.
Banker.az-ın “İnvestisiya” bölməsi “Bloomberg”ə istinadən xəbər verir ki, mart ayında qiymətlər 5.9% enib ki, bu da 2020-ci ildən bəri ilk azalmadır.
İnformasiya agentliyi yazır ki, Satış həcmi və əməliyyatların sayı da azalıb, tələb isə regionda geosiyasi gərginlik, qeyri-müəyyənlik və əhali artım tempinin mümkün zəifləməsi səbəbindən təzyiq altındadır.
Buna baxmayaraq, bazar iştirakçıları kəskin çöküş gözləmir. Likvidlik qorunur, yeni layihələr davam edir və qiymət enişi son illərdə 70%-dən çox artımdan sonra korreksiya kimi qiymətləndirilir.







