30.8 C
Baku
Tuesday, July 15, 2025

Dubayda süni intellektli restoran açılacaq

Bu ilin sentyabr ayında Dubaydakı Bürc Xəlifə göydələninin yanında menyusu süni intellekt tərəfindən yaradılacaq restoran açılacaq.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“WooHoo” adlandırılan iaşə obyekti özünü “gələcəyin restoranı” kimi təqdim edir. Hələlik orada yeməklər insanlar tərəfindən hazırlanacaq, lakin atmosfer, xidmət və menyu daxil olmaqla, hər şey “Chef Aiman” ​​dil modeli ilə formalaşdırılacaq.

Neyron şəbəkə menyu yaratmaq üçün minlərlə resepti, qastronomik tədqiqatları və məhsul tərkiblərini öyrənib və təhlil edib.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər