10 C
Baku
Thursday, December 12, 2024

Dubayda turist üç saat Lamborghini sürərək 33 dəfə cərimələndi

25 yaşlı ingilis kirayə götürdüyü  Lamborghini Huracanı maksimum 230 km/s sürətə qaldıraraq idarə edə bilib.

Dubayda Böyük Britaniyadan bir turist, super avtomobil Lamborghini Huracanı  üç saat sürərək 33 yol xətası törədib. Banker.az-ın National-a istinadən verdiyi məlumata görə, indi qaydanı pozan turist 48 min dollar ödəməlidi, Avtomobil turist tərəfindən  iki günlük kirayəyə götürülmüşdür. İngilisə bu 1,2 min dollar başa gəlib.

25 yaşılı turist sürət limitini yalnız 33 dəfə pozub. O,kirayə götürdüyü   Lamborghini Huracanı maksimum 230 km / saat sürətnən idarə edib. Bundan sonra avtomobil saxlanılaraq, qaydanı pozan şəxsdən alınmışdır. Beləliklə, cərimələrin ümumi məbləği 19 min dollar idi və avtomobili cərimə meydançasından götürmək üçündə əlavə 27 min dollar ödəmək lazım idi.

«Biz bütün pozuntuları qeydə aldıq  və dərhal turistə ölkəni tərk etməyi qadağan etmək istəyi ilə müraciət etdik, ancaq bu təklif  rədd edildi» – şirkət bildirib.

Ordan verilən məlumata görə avtomobil inglis turistdə idi, onun vəsiqəsi isə avtomobili  kirayə verən şirkətdə.Şirkət indi qayda pozuntusu edən turistin cəriməni ödəmədən öldəni tərk edəcəyindən qorxur. Bunu etmək üçün, pasportunun itdiyini  bəyan etməsi kifayətdir.

Son xəbərlər
Digər xəbərlər