18 C
Baku
Wednesday, April 17, 2024

Dubaydakı aeroport dünyada ən böyük hava limanına çevrilə bilər

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları Dubaydakı Al-Maktum aeroportunu genişləndirməyi və onu dünyada ən böyük hava limanına çevirməyi planlaşdırırlar.

Aeroportun yenidən qurulması layihəsi BƏƏ hökumətinin saytında dərc edilib.

Hava limanının genişləndirilməsi işlərini 2027-ci ilə qədər tamamlamaq nəzərdə tutulur. Bundan sonra liman ildə 260 milyona qədər sərnişinə xidmət edə biləcək. Sahəsi təqribən 65 kvadrat kilometr olan ərazidə beş uçma-enmə zolağı yerləşdiriləcək.

Xatırladaq ki, bu yaxınlarda Səudiyyə Ərəbistanı da paytaxt aeroportunun genişləndiriləcəyini elan edib. Həmin plana görə, Ər-Riyad hava limanı 2030-cu ildən etibarən hər il 120 milyona yaxın sərnişin qəbul edə biləcək və beləliklə, dünyada ən iri aeroportlardan birinə çevriləcək.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər