Dubaylı mühəndis avtobusda sərnişinləri sayan qurğu icad edib

0

Birləşmiş Ərəb Əmirliklərində süni intellektdən istifadə etməklə avtobuslarda sərnişinlərin sayını müəyyən edən qurğu icad olunub.

Yerli KİV-lərə istinadla xəbər verilir ki, Dubayda yerləşən “AlmasRobotics” texnoloji və mühəndislik şirkətinin banisi və baş direktoru Fəhim Almas məktəb avtobuslarında uşaqların təhlükəsizliyini qorumaq üçün “SafeBus” (təhlükəsiz avtobus) adlı qurğu icad edib. Bu aparatı avtobusun qapılarında yerləşən bir neçə ötürücüyə birləşdirərək sərnişinlərin hərəkətinə nəzarət etmək və salona giriş-çıxış zamanı onların sayının qeydiyyatını aparmaq mümkündür. Avtobusun mühərrikinin işə düşməsi ilə cihaz avtomatik olaraq aktivləşir və bir saniyə ərzində informasiyaların sayılımasını təmin edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Qeyd edilir ki, nəqliyyat vasitəsinin mühərriki söndürüldükdən sonra qurğu avtobusdan çıxan sərnişinlərin salona daxil olanların sayı ilə düz gəlib gəlmədiyini müəyyən edir və içəridə sərnişinin qalmasını aşkar etdikdə dərhal həyəcan siqnalı verərək sürücüyə, yaxud nəqliyyat şirkətinə qısa mesaj göndərərək xəbərdarlıq edir. Yeni qurğunun əsas məqsədi uşaqların məktəb avtobusunda qalmasının qarşısını almaq və BƏƏ-də təhlükəsizlik standartlarını yüksəltməkdir.

Yeni qurğunun buraxılmasını şərh edən mühəndis Fəhim Almas qeyd edib ki, onunla bağlı böyük ümidlər var. Belə ki, bu qurğu bazara yeni konsepsiya gəyirir və ciddi problemin innovasiyalı və problemsiz həllinə kömək edir. Məhz bu cür yeniliklər Dubayı yaxın gələcəkdə dünyanın ən “ağıllı şəhər”lərindən birinə çevirmək kimi iddialı planın həyata keçirilməsinə şərait yaradır.

©Azərtac