26 C
Baku
Wednesday, April 24, 2024

Duma Mişustini Baş nazir vəzifəsinə təsdiqlədi

Rusiya Federasiyasının yeni Baş Naziri məlum olub.

Banker.az xəbər verir ki, bu gün Dövlət Dumasında bununla bağlı müzakirələr keçirilib, fraksiya rəhbərləri çıxış ediblər. Daha sonra məsələ səsverməyə çıxarılıb.

Deputatlar Prezident Vladimir Putin tərəfindən Baş Nazir vəzifəsinə namizədliyi irəli sürülmüş Mixail Mişustinə etimad göstəriblər. Bununla da, Mixail Mişustin Rusiyanın Baş Naziri seçilib.

Xatırladaq ki, ötən gün Rusiya hökuməti tam tərkibdə istefaya gedib. Bundan sonra Prezident Vladimir Putin Federal Vergilər Xidmətinin rəhbəri Mixail Mişustinlə görüşərək ona ölkənin Baş Naziri vəzifəsini təklif edib. Mişustinin razılığı ilə onun namizədliyi Dövlət Dumasına təqdim olunub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər