Banker.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, gecə saatlarında yer səthi tədricən soyuyur ki, bu da havanın aşağı qatlarının da soyumasına gətirib çıxarır. Nəticədə nisbətən isti və soyuq hava kütlələrinin qarşılaşması dumanın yaranması üçün əlverişli şərait yaradır. Adətən dumanın yaranması inversiya ilə izah olunur.
“Dumanlı hava şəraiti ilə əlaqədar Bakıda və Abşeron yarımadasında meteoroloji görünüş məsafəsi 200 metrədək, rayonlarda isə 50 metrədək məhdudlaşıb”.