8 C
Baku
Friday, March 29, 2024

Dünənin xülasəsi, bu günün gözləntisi

Dünən iqtisadi təqvimdə bol və vacib xəbər axının olması günün ilk yarısında barlarda gərginliyin artmasına səbəb oldu. Bakı vaxtı ilə 13.30 ilk aktiv təsir edən xəbər İngiltərədən gələn Xidmətlər sektorunda biznes fəaliyyətinin indeksinin  gözləntidən az açıqlanması  funtun günün ilk yarısında satış mövqeyi tutmasına səbəb olarkən , Avro –zonadan gələn xəbərlər isə qeyri bərabər təsir bağışladığı üçün avronun öz mövqeyini qorumasına səbəb oldu. İnfilyasiya səviyyəsinin AMB –nın  nəzərdə tutulduğundan  aşağı olmasına baxmayaraq faiz dərəcəsi dəyşilməz olaraq qaldı. Daha sonra 17.30 –da AMB –nın sədrinin çıxışı  baş tutdu. Çıxışında Əsasən mövcüd infilyasiya riskinin aşağı olmasını qeyd edən sədr infilyasiya səviyyəsinin zunu müddət nəzərdə tutulandan aşağı səviyyədə olacağını qeyd etdi. Biz bütün mümkün alətlərdən istifadə edirik ki, iqtisadiyyatın artım tempini  davamlı olmasını təmin edək. Ancaq təəssüflə qeyd etməliyik ki , işsizlik səviyyəsi nəzərdə tutlandan yuxarıdır,istehsalçı qiymət indeksi günü gündən artır, iqtisadiyyatın durğunluq yaşaması riski də artır. Defilyasiya riski isə tam olaraq riskli səviyyədə olmasada ancaq onunda artması  gələcəkdə hər hansı bir aşağı faiz dərəcəsinin və ya pul siyasətinin yumşaldılacağı ehtimalını istisana etmir. Fiskal bərpaetmı mövcud durumda kömək etməlidir. Avro –zonanın yeganə problemi  struktur problemidir.

ABŞ iqtisadiyyatında vəziyyət Avro –zonadan üstündür. Fed –in aktivləri geri alınması azalarkən qiymətlərə o qətlərə o qədər də aktiv təsir etmir. Ancaq faiz dərəcəsinə hər hansı bir dəyişiklik edildikdə bu qiymətdə sərt dəyişikliyə səbəb olur. Qeosiyasi hadisələr yanacağın qiymətinədə aktiv təsir edə bilər. Avro –zonanın Rusiyadan qaz alınmasını dayandırması və qərbin bu ehtiyacı ödənək üçün Norveçə ümüd etməsi Norvec energetika nazirinin reaksiyasına səbəb oldu. Euronews-a verdiyi şərhində Qərbin Rusiya ilə yaxın müddətdə münasibətlərini düzəltməyi tövsiyyə etdi. Çünki Norveçin Avropanın qısa müddətdə qaza olan tələbini ödəmə qabiliyyətində olduğuinu qeyd etdi.

Günün digər önəmli və təsirli xəbəri  ABŞ –dan gələn məşğulluq xəbəri və İSM –dən gələn qeyri sənaye sfersında biznes aktivliyi indeksi oldu. Məşğulluq xəbərinin 331000 dən 339000 minə kimi artması işsizlərinin həcmninin artmasına səbəb oldu. İSM –dən gələn qeyri sənaye sferasında biznes aktivliyi indeksinin  həcminin isə 51.6 –dan 53.1 kimi artması dollar indeksinin sərt artmasına yol açdı.

Bu gün iqtisadi təqvimi incələdikdə günün ilk yarısında önəmli xəbərlər olmasada günün ikinçi yarısında ilk önəmli xəbər Kanadadan gələcək olan Məşğul olan əhalinin həcmindəki dəyişiklikliyin gözləntilərinin əvvəlki göstərici ilə müqayisədə müsbət olması və nəticənində əgər bu təxmin üzərində açıqlanması Kanada dollarının dəyər qazanmasını təmin edəcək. Kanadadan gələcək olan işsizlik səviyyəsinin  dəyişməz olaraq təmin edilməsi CAD üçün neytral təsirli olacaq. Bakı vaxtı ilə 17.30 –da açıqlanacaq olan Qeyri-kənd təsərrüfatı sektorunda iş yerlərin həcmindəki dəyişiklikliyində təxminlərinin əvvəlki nəticədən üstün olması və işsizlik səviyyəsinin də gözləntisinin pozitiv abu hava təsir edəcəyinə işarət etməsi dollar indeksinin bu gündə dəyər qazanacağından xəbər verir.

Son xəbərlər
Digər xəbərlər