16 C
Baku
Tuesday, April 30, 2024

Dunning – Kruger effekti nədir?

Dunning – Kruger effektinin mahiyyəti “aşağı ixtisas dərəcəsinə sahib insanlar səhv nəticələr çıxarır və uğursuz qərarlar verir, bununla belə aşağı ixtisas dərəcəsinə malik olduqlarından səhvlərini dərk etmək iqtidarında deyillər” ibarətdir. Bu da belə insanlarda yüksək ixtisaslı və bacarıqlı insanların öz güclərinə əminsizlik duyduğu bir vaxtda özləri barədə yüksək təsəvvürlərin formalaşmasına səbəb olur. Beləliklə, daha az bacarığa sahib olan insanlar öz bacarıqları barədə daha yüksək təsəvvürə malikdirlər.

Sözügedən fenomen barədə hipotez ilk olaraq 1999-cu ildə Çarlz Darvin və Bertran Rasselə əsaslanan Justin Kruger və David Dunning tərəfindən irəli sürülüb.

Onlar irəli sürdükləri iddianı sübut etmək məqsədilə tələbələrin iştirakı ilə bir sıra eksperimentlər həyata keçirir. Bütün bu araşdırmaların nəticəsi olaraq isə aşağı dərəcədə qabiliyyətli və ixtisaslı insanların xarakter nümunələrini ümumiləşdirmişlər:

1. Onlar öz bacarıqlarını yüksək qiymətləndirir;

2. Onlar digər insanların həqiqi yüksək qabiliyyətini ədalətli şəkildə qiymətləndirmək bacarığına sahib deyillər.

3. Özlərinin bacarıqsızlıq dərəcələrini dərk etməyə qadir deyillər;

4. Bu növ insanlar öz bacarıqlarını yüksəldə bildikləri halda keçmiş bacarıqsızlığını dərk etmək xüsusiyyətinə sahib olurlar.

İrəli sürülmüş iddianı sübut edən eksperimentin nəticələri 1999-cu ilin dekabrında İngiltərənin Journal of Personality and Social Psychology nəşrində dərc edilmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər