Dünya əhalisinin 20%-i karantin altındadır

Dünya əhalisinin təxminən 20 faizi və ya 1,7 milyard nəfər COVID-19-un yayılmasının qarşısını almaq üçün sosial təcrid tədbirlərinə məruz qalıb.

Bu barədə “The Guardian” nəşri yazıb.

Qeyd edilir ki, dünyada koronavirusa qarşı mübarizə məqsədilə müxtəlif ölkələr karantin tətbiq ediblər.

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, COVID-19-un ilk 100 000 yoluxma halının astanasına çatmaq üçün 67 gün tələb olunub. Son 100 000 artım (300 000 yoluxma hadisəsində) cəmi dörd gündə qeydə alınıb.

Bu günə qədər dünyada COVID-19-a 378 679 yoluxma faktı qeydə alınıb. Virusa yoluxanların 16 500-dən çoxu ölüb, təxminən 101 000 insan isə sağalıb.

Britaniya hökuməti koronavirus epidemiyası ilə əlaqədar ölkədə ciddi məhdudiyyətlər tətbiq olunduğunu elan edərkən, epidemiya ilə ilk üzləşən Çin martın 25-dən etibarən COVID-19-un əsas mərkəzi sayılan Hubey əyalətində karantini aradan qaldırır

©Oxu.az


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları