4 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

Dünya əhalisinin 40%-nin vaksinasiyasına $8 mlrd. xərclənib

Dünya əhalisinin 40%-nin vaksinasiyasına təxminən 8 milyard dollar pul xərclənib.

Banker.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Antonio Guterreş məlumat verib. Xatırladaq ki, təşkilat 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70%-ni vaksinasiya etməyi planlaşdırır.

BMT rəhbərinin sözlərinə görə, “vaksinlərin ədalətli paylanmaması təkcə əxlaqsızlıq deyil, həm də axmaqlıqdır”. ÜST proqramı üçün 11 milyard doza peyvənd lazımdır, lakin preparatlar hələ də kasıb ölkələrin sakinləri üçün əlçatmazdır.

Oktyabr ayına qədər dünyada 6.3 milyard doza koronavirus peyvəndi istehsal olunub. Bununla yanaşı, dünya ölkələrinin yarıdan çoxu hələ bir doza almayıb. Afrikada əhalinin cəmi 5%-i tam peyvənd edilib.

Qeyd edək ki, İsveçrədə vaksinasiyanı sürətləndirmək üçün əhaliyə pul paylanılır. Dövlət dostunu və ya tanışını peyvənd vurdurmağa təşviq edənlərə 50 frank (təxminən 80 AZN) ödəyəcək.

Son xəbərlər
Oxşar xəbərlər
X