21 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Dünya əhalisinin qocalması qlobal iqtisadi artımı yavaşladacaq

Screen Shot 2021 09 02 at 14.34.20

Dünya əhalisinin qocalması yaxın beş ildə qlobal iqtisadi böyüməni yavaşladacaq.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Bununla yanaşı, “Moody’s” analitiklərinin fikrincə, bu göstərici hər il aşağı düşəcək.

Ekspertlərin qiymətləndirmələrinə görə, insanların qocalması səbəbindən qlobal iqtisadi artım 2020-ci ildən 2025-ci ilə qədər hər il 0.9 faiz bəndi azalacaq. Beləliklə, koronavirus böhranından sonra iqtisadi bərpa demoqrafik keçidin mənfi təsirinin qarşısını ala bilməyəcək.

Digər mənfi tendensiyalardan biri isə qlobal borcun artmasıdır. Yaşlanan əhali bu yükü daha da artıracaq, çünki rifah və səhiyyə xərcləri yüksələcək.

Analitiklərin sözlərinə görə, əmək qabiliyyətli əhalinin artımı yaxın 20 ildə 50%-dən çox olacaq. Yaxın gələcəkdə “ən yaşlı” region Avropa olacaq. Əmək qabiliyyətli əhalinin azalması problemi ilə ilk növbədə İtaliya, İspaniya, Yaponiya və Cənubi Koreya qarşılaşacaq. Böyük Britaniya və ABŞ-da bu rəqəm yaxın 10 ildə artsa da, sürət əvvəlki on illə müqayisədə xeyli yavaşlayacaq.

Dünya Bankının proqnozuna əsasən, 2021-ci ildə koronavirus pandemiyası səbəbindən qlobal istehsal 4% artacaq, gələn il isə artım 3.8% təşkil edəcək. Eyni zamanda inkişaf etməkdə olan ölkələr nisbətən daha əhəmiyyətli artım göstərəcək.

Qeyd edək ki, bu gün orta yaş təxminən 31 götürülür, lakin 2050-ci ilə qədər bu hədd 36.2 yaş olacaq. ÜST-nin meyarlarına görə, bir ölkənin əhalisi 65 yaşdan yuxarı insanların nisbəti 7%-dən çox olduqda “yaşlı” hesab olunur.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər