31 C
Baku
Thursday, August 11, 2022

Dünya ərzaq qiymətləri rekord həddə çatıb

FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) məlumatına görə, dünya ərzaq qiymətləri fevral ayında tarixi rekorda çatıb. Ən çox bitki yağları və süd məhsulları bahalaşıb.

Banker.az xəbər verir ki, ən populyar ərzaq məhsulları üzrə dünya qiymətlərinin aylıq dəyişməsini izləyən FAO-nun Ərzaq Qiymətləri İndeksinin orta dəyəri fevral ayında 140,7 bənd təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 3.9%, əvvəlki illə müqayisədə isə 24.1% çoxdur.

Press-relizdə qeyd olunur ki, ərzaq qiymətləri indeksi ayın sonunda qiymətlərin orta dəyişməsini əks etdirdiyinə görə, fevral ayı dəyəri yalnız qismən Ukraynadakı münaqişənin bazarlar üçün nəticələrini nəzərə alır.

Palma, soya və günəbaxan yağlarının kotirovkalarının artması ilə əlaqədar olaraq ən çox bitki yağının qiymət indeksinin dəyəri artıb (yanvar ayı ilə müqayisədə 8/5%). Qərbi Avropa və Okeaniyada süd tədarükünün aşağı olması, xüsusilə Şimali Asiya və Yaxın Şərqdə sabit idxal tələbi ilə əlaqədar süd məhsullarının qiymət indeksinin orta dəyəri yanvar ayı ilə müqayisədə 6.4% yüksək olub.

Yem taxıllarının kotirovkalarının artması səbəbindən taxılın qiymət indeksi 3% artıb. Cənubi Amerikada əkin artımı üçün əlverişsiz şərait, buğda qiymətlərinin artması və Ukraynadan qarğıdalı tədarükü ilə bağlı qeyri-müəyyənlik səbəbindən beynəlxalq qarğıdalı qiymətləri 5.1% artıb.

Qara dəniz limanlarından tədarüklə bağlı qeyri-müəyyənlik səbəbindən dünya buğdasının qiyməti 2.1% artıb. Eyni zamanda, 2021-ci ildə dünyada taxıl istehsalının həcmi 2.796 milyon ton səviyyəsində qiymətləndirilir ki, bu da bir il əvvəlkindən 0.7% çoxdur. FAO-nun 2022-ci il üçün qiymət proqnozuna görə, dünya buğda istehsalı 790 milyon tona yüksələ bilər.

Beynəlxalq düyü qiymətləri 1.1% artıb, bu, bəzi ixracatçıların valyutalarının ABŞ dollarına nisbətdə bahalaşması ilə əlaqədardır. Ətin orta qiymət indeksi yanvar ayı ilə müqayisədə 1.1% yüksək olub. Əsas ixracatçı ölkələrdə əlverişli məhsul proqnozları fonunda şəkərin qiyməti indeksinin dəyəri 1.9% azalıb.

Son xəbərlər
Oxşar xəbərlər