2 C
Baku
Saturday, December 14, 2024

Dünya əhalisinin rifahı son 15 ildə ilk dəfə pisləşib

“Credit Suisse”nin illik hesabatına əsasən, 2022-ci ildə qlobal ev təsərrüfatlarının sərvəti 2008-ci ilin maliyyə böhranından sonra ilk dəfə inflyasiya və dolların artımı fonunda 11.3 trilyon dollar (2.4%) azalaraq 454.4 trilyon dollara düşüb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Tədqiqat dünya üzrə 5.4 milyard insanı əhatə edir.

Azalma əsasən ABŞ və Avropa ev təsərrüfatlarında olub ki, onlar birlikdə 10.9 trilyon dollar itiriblər. Eyni zamanda, Rusiya sanksiyaların təsirlərinə baxmayaraq, il ərzində sərvətində əhəmiyyətli artım yaşayıb. Hesabata görə, ölkədə milyonçu sayı 56 nəfər artıb.

Latın Amerikasında valyutaların dollara nisbətdə 6% bahalaşması hesabına əhalinin sərvəti 2.4 trilyon dollar yüksəlib. “UBS” ekspertləri proqnozlaşdırırlar ki, 2027-ci ilə qədər qlobal sərvət 38% artaraq 629 trilyon dollara çatacaq və bu zaman milyonçuların sayı 2022-ci ildəki 60 milyonla müqayisədə 86 milyona çata bilər.

2022-ci ildə planetin ən zəngin 1%-i bəşəriyyətin ümumi sərvətinin demək olar ki, yarısına (44.5%) sahib olub. Eyni zamanda, son bir ildə dollar milyonçularının sayı 3.5 milyon nəfər azalaraq 59.4 milyon nəfərə düşüb.

Son xəbərlər
Digər xəbərlər