1 C
Baku
Saturday, December 14, 2024

Dünya əhalisinin üçdə biri zəhərli su içir

Şeffild Universitetinin britaniyalı alimləri müəyyən ediblər ki, dünyada milyonlarla insan yüksək miqdarda arsen olan su içir.

Bu barədə araşdırma “Science of The Total Environment” elmi jurnalında dərc olunub.

Təhlillərə görə, dünyanın bir çox ölkəsi hələ də Ümumdünya Səhiyyə Təşkilatının bir litr suda maksimum 50 mikroqram arsen konsentrasiyasının olması ilə bağlı köhnəlmiş təlimatlarından istifadə edir.

Bu ölkələrə Çin, Banqladeş, Pakistan, Kamboca, Tayland, Myanma və Nepal daxildir və onların ümumi əhalisi dünya əhalisinin təxminən 32%-ni təşkil edir.

Arsenin içməli, yemək bişirmək və ya əkinləri suvarmaq üçün istifadə olunan suda uzun müddət qalması bədənin hər bir orqanına təsir edən bir sıra sağlamlıq problemləri yaradır. Arsen xərçəng, diabet, ağciyər və ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Tədqiqatçılar hökumətlərə suda arsenin miqdarı ilə bağlı daha sərt standartlar tətbiq etməyi tövsiyə edirlər.

Qeyd olunub ki, insanlar düyünü buxarda deyil, suda bişirməlidirlər. Çünki düyünü buxarda bişirmək taxıllarda toksinlərin yığılmasına səbəb olur.

Son xəbərlər
Digər xəbərlər