2 C
Baku
Saturday, December 14, 2024

Dünya ərzaq qiymətləri 2011-ci ildən bəri ən yüksək həddə çatıb

Dünya ərzaq qiymətləri 2011-ci ilin oyul səviyyəsini keçərək yeni zirvəyə qalxıb.

Banker.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, sentyabr ayı ilə müqayisədə artım 3% olub, ərzaq qiymətləri indeksinin artımı ardıcıl üçüncü aydır ki, davam edir.

Oktyabrda taxılın qiyməti indeksinin dəyəri 3.2% artıb. FAO bildirir ki, bitki yağlarının qiymət indeksinin rekord həddə 9.6%-ə yüksəlməsi palma, soya, günəbaxan və raps yağlarının qiymətlərinin dəyişməsi ilə əlaqədardır. Miqrant işçi qıtlığının yaşandığı Malayziyada aşağı hasilat səbəbindən palma yağının qiymətləri ardıcıl dördüncü aydır artıb.

Südün qiymətinin bahalaşması kərə yağı və quru südə qlobal tələbatın güclənməsi və alıcıların ehtiyatları artırmaq istəyi ilə əlaqələndirilir.

Dünya bazarlarında idxal tələbinin məhdud olması, Hindistan və Tailanddan ixracın həcminin proqnozlaşdırılan artımı, habelə Braziliya realının ABŞ dollarına nisbətdə məzənnəsinin zəifləməsi ilə əlaqədar şəkər son altı ayda ilk dəfə ucuzlaşmağa başlayıb.

Bundan əvvəl 10 il ərzində standart səhər yeməyinin nə qədər bahalaşdığı məlum olub. “Financial Times” tipik səhər yeməkləri üçün qida xərclərini təhlil edib və qəhvə, süd, şəkər, yulaf, buğda və portağal suyunun qiymətindən hesablanan “səhər yeməyi indeksini” müəyyənləşdirib.

Son xəbərlər
Digər xəbərlər