15 C
Baku
Saturday, April 20, 2024

Dünya Bankı: “Ərəb baharı” Yaxın Şərq ölkələrinə 900 milyard dollar ziyan vurub

Dünya Bankı prezidentinin birinci müavini Mahmud Muhiddin Küveytdə iştirak etdiyi toplantıda bildirib ki, “ərəb baharı” və ondan sonra 2010-2018-ci illərdə davam edən silahlı münaqişələr Yaxın Şərq ölkələrinə 900 milyard dollar ziyan vurub.

Anadolu agentliyinə istinadən, M.Muhiddin bu ziddiyyətli proseslərin həmin ölkələri iqtisadi cəhətdən iflas həddinə gətirib çıxardığını qeyd edib. Onun sözlərinə görə, hazırda ərəb ölkələri adambaşına düşən milli gəlirin həcminə görə dünyada sonuncu yerləri tuturlar. Bu dövlətlərdə ümumi daxili məhsulun 60 faizi əhalinin cəmi 10 faizinin payına düşür, Avropa ölkələrində isə ÜDM-dən faydalanan insanlar cəmiyyətin 45 faizini təşkil edir.

Dünya Bankı prezidentinin birinci müavini vurğulayıb ki, silahlı münaqişələrə son qoyulmayacağı təqdirdə Yaxın Şərq ölkələrinin bir neçəsi çox ciddi humanitar fəlakət, o cümlədən aclıqla üzləşəcəklər.

Son xəbərlər
Digər xəbərlər