14 C
Baku
Saturday, November 16, 2024

Dünya Bankı 2016-cı il üçün neftin orta qiymətinin proqnozunu artırıb

Dünya Bankı 2016-cı il üçün neftin orta qiymətinin proqnozunu artırmağı qərara alıb.

“Gazeta.ru”un xəbərinə görə, DB neftin bir barelinin orta qiymətinin proqnozunu 2016-cı il üçün iki dollar artıraraq 43 dollara yüksəldib.

Məlumata görə, qərara səbəb ikinci rübdə tədarükün azalması və tələbatın artması olub.

Həmçinin, Kanadada tüğyan edən yanğınlar və Nigeriyada neft infrastrukturundakı problemlər də qərarın verilməsinə təsir edib.

Bundan əvvəl ABŞ Energetika Nazirliyi neftin orta qiymətinin proqnozunu artırıb.

APA

Son xəbərlər
Digər xəbərlər