11 C
Baku
Wednesday, November 13, 2024

Dünya Bankı 2020-ci ildə neftə tələbatın 9% azalacağını proqnozlaşdırır

2020-ci ildə neftə olan tələbat 9% azalacaq, bu barədə Dünya Bankının “Dünya iqtisadiyyatının perspektivləri” adlı məruzəsində deyilir. Qeyd edildiyi kimi, bu sənəd iyunun 8-də yayımlanacaq.

Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.

“Yanvarın sonundan etibarən neftin qiymətinin aşağı düşməsi, pandemiya və onun ilə əlaqəli olan məhdudiyyətlər öz əksini tələbin azalmasında tapır. Tənəzzüllə yanaşı, bu məhdudiyyətlər tələbatın üçdə iksini təşkil edən səyahət və nəqliyyat sahələrinə təsir göstərib. 2020-ci ildə neftə olan tələbatın 9% düşməsi gözlənilir”.

Ekspertlər həmçinin inkişaf etməkdə olan ölkələrdə maliyyə böhranının potensial istehsal həcmini 8% azaldacağını qeyd edirlər. Neft istehsalçısı olan ölkələrdə bu göstərici 11%-ə çata bilər.

Ümumilikdə tənəzzül iqtisadi artım və məhsuldarlığın uzunmüddətli azalmasını daha da gücləndirəcək.

Son xəbərlər
Digər xəbərlər