8 C
Baku
Thursday, December 12, 2024

Dünya Bankı 2020 və 2021-ci illərdə neftin orta qiymətinin azalacağını proqnozlaşdırır

Dünya Bankı (DB) neftin orta qiymətinin 2020 və 2021-ci illərdə bir barel üçün 59 dollaradək azalacağını proqnozlaşdırır.

Banker.az xəbər verir ki, bu barədə Dünya Bankının yayımladığı “İqtisadi artımın aşağı templəri, siyasi problemlər” adlı hesabatında deyilir.
“2020 və 2021-ci illərdə neftin orta qiymətinin azalacağı gözlənilir – təxminən 59 dollaradək, – Dünya Bankı bildirir. Proqnoza görə, 2020-ci ildə ABŞ-ın neft hasilatı yeni boru kəmərlərinin inşası ilə əhəmiyyətli dərəcədə artacaq.

Müəlliflərin məruzəsinə görə, “ABŞ və Çin arasındakı ticarət gərginliyinin əhəmiyyətli dərəcədə azaldılması ehtimalı neft qiymətlərini artıra bilər”. Dünya Bankı Brent, Dubai və WTI markalı nefti nəzərdə tutulduğunu bildirir.

Mütəxəssislər hesab edirlər ki, 2019-cu ildə bir barrel neftin qiyməti orta hesabla 61 dollar təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 10% azdır.

“Qara qızıl” ın qiymətinə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qərarları, həmçinin İran və Venesuela ilə bağlı olan müxtəlif geosiyasi və daxili amillər təsir göstərib.

Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr hesablamalarına görə, 2020-ci ildə neftin orta illik qiyməti bir barel üçün 57.94 dollara düşəcək.

Son xəbərlər
Digər xəbərlər