28 C
Baku
Saturday, July 27, 2024

Dünya Bankı 2021-2022-ci illər üçün neftin qiymətinə dair proqnoz göstəricilərini yaxşılaşdırıb

Dünya Bankı (DB) 2021-2022-ci illər üçün orta neft qiymətləri üzrə proqnoz göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

2021 və 2022-ci illərdə qiymətlərin müvafiq olaraq bir barel üçün 56 və 60 dollar təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2016-2019-cu illər üçün orta qiymətə yaxındır.

Dünya Bankının əvvəlki proqnozunda neftin qiyməti 2021-ci il üçün 44 dollar, 2022-ci il üçün isə 50 dollar səviyyəsində təyin olunmuşdu.

DB iqtisadçıları hesab edirlər ki, vaksinasiya miqyasının genişlənməsi neftə tələbatın tədricən artmasına kömək edəcək. Bu tələbi OPEC+ sazişi çərçivəsində hasilatın artması qarşılayacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər