13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Dünya Bankı 2021-ci ildə qlobal iqtisadiyyatın 4% artacağını proqnozlaşdırır

faizlere

Bu il COVID-19-a qarşı vaksinlərin geniş miqyasda yayılacağını nəzərə alaraq, Dünya Bankı 2021-ci ildə qlobal iqtisadiyyatın 4% artacağını proqnozlaşdırır.

Bankın “Global Economic Prospects” hesabatına görə, bu, pandemiyadan əvvəl verilən proqnozdan 5 faiz bəndi aşağıdır.

2022-ci ildə qlobal ÜDM-in artım tempinin yavaşlayaraq 3,8% təşkil edəcəyi gözlənilir.

Hesabatda qeyd edilir ki, pandemiya əsasən inkişaf edən ölkələrdə iqtisadi böyümənin perspektivlərinə zərər vuracaq və əsas iqtisadi məqsədlərə nail olmağı ləngidəcək.

Qeyd edək ki, bankın proqnozlarına əsasən inkişafda olan ölkələrin iqtisadiyyatı bu il 5%, 2022-ci ildə isə 4,2% artacaq. İnkişaf etmiş ölkələrə gəldikdə, bu il sözügedən ölkələrdə ÜDM-in 3,3%, 2022-ci ildə isə 3,5% artacağı proqnozlaşdırılır.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
Son xəbərlər
360 380
Oxşar xəbərlər