Dünya Bankı 2021-ci ildə qlobal iqtisadiyyatın artımının şərtini açıqlayıb

Yeni koronavirusa qarşı peyvəndlərin geniş miqyaslı paylanması şərti ilə qlobal iqtisadiyyat 2021-ci ildə 4% artacaq.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Buna baxmayaraq, davamlı artım üçün əlavə sərmayələrə ehtiyac olacaq. Bu barədə Dünya Bankının (DB) çərşənbə axşamı günü yayımladığı “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatında deyilir.

“2021-ci ildə COVID-19 əleyhinə peyvənd istehsalına dair ilkin səyləri nəzərə alaraq, qlobal iqtisadiyyatın artımının təxminən 4% təşkil edəcəyini söyləmək olar”, – press-relizdə deyilir.

Təşkilatın vurğuladığı kimi, iqtisadiyyatın artmasına baxmayaraq, iqtisadi fəaliyyət və əhalinin rifahı yenə aşağı səviyyədə qalmağa davam edəcək. “Siyasətin əsas qısamüddətli prioritetləri – koronavirusun yayılmasına nəzarət etmək və peyvəndin yayılmasını təmin etməkdir. İqtisadi dirçəlişə dəstək olmaq üçün səlahiyyətlilər investisiya qoyuluşu dövrünə dəstək verməlidirlər”, – bankı iqtisadçıları hesab edir.

Analitiklər öz hesabatlarında 2021-ci ildə ABŞ iqtisadiyyatının 3.5% artacağını göstərirlər. Bu rəqəm daha əvvəl proqnozlaşdırılan göstəricilərdən 0.5% aşağıdır. Gözləndiyi kimi, 2022-ci ildə ABŞ ÜDM-si təxminən 3.3% artacaq.

Dünya Bankına görə, 2021-ci ildə Avrozona iqtisadiyyatının artım tempi 3.6% təşkil edəcək ki, bu da iyun proqnozundan 0.9 baza punktu azdır. 2022-ci ildə Avrozonada ÜDM-nin artım tempinin təxminən 4% olacağı gözlənilir.

Çin iqtisadiyyatına gəldikdə, 2021-ci ildə artım tempi 7.9% təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər