9 C
Baku
Monday, November 18, 2024

Dünya Bankı: 2022-ci ildə ərzaq qiymətləri 23% artacaq

Dünya Bankı Rusiya və Ukrayna arasında hərbi münaqişə səbəbindən ərzaq, neft, metallar və digər malların dünya qiymətlərinin 2024-cü ilin sonuna qədər yüksək səviyyədə qalacağını bildirən hesabat dərc edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Ümumilikdə, bu, 1970-ci illərdən bəri yaşadığımız ən böyük əmtəə şokudur. O illərdə olduğu kimi, vəziyyət ərzaq, yanacaq və gübrə ticarətinə qoyulan məhdudiyyətlərin kəskin artması ilə daha da güclənir”, – deyə Dünya Bankının ədalətli artım, maliyyə və institutlar üzrə vitse-prezidenti İndermit Hill söyləyib.

Bank 2022-ci ildə enerji qiymətlərinin 50%-dən çox artacağını, lakin 2023-2024-cü illərdə ucuzlaşacağını gözləyir. Qeyri-enerji mallarının, o cümlədən kənd təsərrüfatı məhsulları və metalların qiymətləri 2022-ci ildə demək olar ki, 20% artacaq və sonrakı illərdə onların artımı da yavaşlayacaq.

“Bununla belə, əmtəə qiymətlərinin son beş il ərzində orta səviyyədən xeyli yüksək qalacağı gözlənilir”, – Dünya Bankının məruzəsində deyilir.

“Ərzaq və yanacaq subsidiyaları əvəzinə pul köçürmələri, məktəbdə yemək və ictimai işlər proqramları kimi ünvanlı sosial müdafiə proqramlarının hazırlanması təklif edilir. Enerji səmərəliliyinə, o cümlədən binaların istilik izolyasiyasına investisiyalar əsas prioritet olmalıdır”.

Son xəbərlər
Digər xəbərlər