Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının bu il 1.5%, 2024-cü ildə isə 2.4% artacağı gözlənilir.
Bu barədə Dünya Bankının “Regional Economic Outlook” hesabatında bildirilib.
Sənədə əsasən, bu, 2023-cü ilin yazda dərc olunan proqnozlarına nisbətən müvafiq olaraq 0.7 faiz bəndi və 0.1 faiz bəndi azdır.
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2.5% böyüyəcəyini proqnozlaşdırır ki, bu da ötən gözləntilərə nisbətən 0.1 faiz bəndi azdır.