5 C
Baku
Saturday, December 14, 2024

Dünya Bankı ABŞ-ın defoltunu gözləmir

Dünya Bankının (DB) prezidenti Devid Malpass CNN telekanalına müsahibəsində ABŞ-ın defolt olacağını gözləmədiyini bildirib. O, belə halların bir neçə ildən bir baş verdiyini və indi problemin ABŞ qanunlarında olduğunu izah edib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Əgər borc tavanını qaldırmasanız, defolt olacaq. Bu, əlverişli seçim deyil. Ona görə də mən tərəfdarıyam ki, nə vaxtsa insanlar nəfəs verib qanunu dəyişdirsinlər”, – deyə Malpass söyləyib.

DB rəhbəri həmçinin xərclərin azaldılması üçün tədbirlərin görülməsini zəruri sayır. O, ABŞ Konqresinin Nümayəndələr Palatasının borc tavanının artırılması ilə bağlı respublikaçıların qanun layihəsini qəbul etməsi faktını müsbət qiymətləndirib.

Daha əvvəl ABŞ Xəzinədarlığı xəbərdarlıq edib ki, iyun ayına qədər pul tükənə bilər. Əgər o vaxta qədər Konqresdəki demokratlar və respublikaçılar problemi həll edə bilməsələr, ölkə qlobal iqtisadiyyata təsir edəcək defoltla üzləşəcək.

Son xəbərlər
Digər xəbərlər