28 C
Baku
Sunday, July 21, 2024

Dünya Bankı: “Ağıllı kənd” layihələrinin icrası Azərbaycanda yoxsulluq səviyyəsinin azalmasına səbəb olacaq

Azərbaycanda yoxsul əhalinin 60 %-i kənd yerlərində yaşayır.

Bunu Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2023” konfransında Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) bildirib.

Onun sözlərinə görə, Azərbaycanda “Ağıllı kənd” layihələrinin icrası ölkədə yoxsulluq səviyyəsinin azalmasına səbəb olacaq: “Dünya Bankı Azərbaycanın həyata keçirdiyi bu layihələri dəstəkləyir. Belə layihələr Asiyada geniş yayılıb. Məhz kənd yerlərində texnologiyalardan istifadə yoxsulluğu təxminən 50 % azaldır. Kənd yerlərində yaşayan yoxsul əhali daha çox təbii fəlakətlər və böhranlardan əziyyət çəkir. Bunu azaltmaq üçün həm hökumət, həm də özəl sektorla çalışırıq. Biz hesab edirik ki, Bakıdan nə qədsər uzaqda yerləşməsindən asılı olmayaraq hər bir icma rəqəmsal texnologiyalardan istifadə etməlidir. Azərbaycanda potensial insan kapitalı yüksək səviyyədədir. Onların inkişafına kömək etməyə hazırıq”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər