Ötən il 8,6 % azaldıqdan sonra, Avropa və Mərkəzi Asiyaya pul köçürmələrinin Avropa İttifaqındakı daha güclü iqtisadi fəaliyyət və enerji qiymətlərinin artması səbəbindən bu il 5,3 % artaraq 67 milyard ABŞ dollara çatacağı proqnozlaşdırılır.
Bu barədə Dünya Bankı məlumat yayıb.
Məlumatda həmçinin bildirilir ki, gələn il pul köçürmələri 3,8 % artacaq. Pul köçürmələri hazırda regionda ən böyük xarici maliyyə mənbəyidir.
Pul köçürmələr 2020 və 2021-ci illərdə birbaşa xarici investisiya (FDI), portfel investisiyası və rəsmi İnkişaf Yardımlarının (ODA) cəminə bərabər və ya daha yüksək olub. Region ölkələrindən Qırğızıstan və Tacikistanda pul köçürmələrinin ümumi daxili məhsulda (ÜDM) payı 25 %-dən çoxdur.
Pul köçürmələrin dəyəri bu regionda orta hesabla 200 ABŞ dolları təşkil edib, əsasən Türkiyə-Bolqarıstan dəhlizində xərclərin kəskin artımını əks etdirərək, ötən ilki 6,5 %-dən bu il 6,6 %-ə yüksəlib. Rusiyada isə, köçürmə xərcləri 1,8 %-dən 1 %-ə enərək qlobal miqyasda ən aşağı xərcli göndəricilərdən biridir.